BANM-in 26 tələbəsi “Petkim”də təcrübə keçəcək
Bakı Ali Neft Məktəbində SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik etmiş və onlara uğurlar arzulayıb.
19 İyul 2016 16:52 SosialBakı Ali Neft Məktəbində SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan "Petkim" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik etmiş və onlara uğurlar arzulayıb. Rektor tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il tələbələrin SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin "Petkim" şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, tələbələr qarşısında müəssisədə gedən iş prosesi, istismarda olan qurğularla yaxından tanış olmaq, texnoloji reqlamentləri, nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar açıldığını valideynlərin diqqətinə çatdırmış, bu təcrübənin tələbələrin peşəkar kadr kimi yetişməsinə kömək edəcəyini bildirmişdir. Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb. Ötən ildən etibarən BANM və "Petkim" şirkəti arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin seçilən tələbələri ildə bir dəfə olmaqla "Petkim" şirkətində yay istehsalat təcrübəsinə göndərilirlər. Bu il tələbələr 18 iyul-29 avqust tarixləri arasında bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.