Gündəm

Sərkisyan hakimiyyəti xalqa qarşı güc tətbiq edəcək

28 İyul 2016 13:18

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün bir qədər də artır. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda atəş səsləri eşidilməkdədir. Erebuni post-patrul alayının Təsisedici Parlament hərəkatı üzvlərinin “Sasna Çrer” silahlı qrupu tərəfindən ələ keçirilməsindən 10 gündən artıq müddət keçsə də, mərkəzi hakimiyyət hələ də silahlı qruplaşmanı zərərsizləşdirməyə müvəffəq olmayıb.

İşaxtaranların əmək stajı problemi

28 İyul 2016 13:17

Azərbaycanda kifayət qədər yeni iş yerlərinin yaradılmasına baxmayaraq hələ də vətəndaşların işə düzəlmək problemi mövcuddur. Məsələ orasındadır ki, sözügedən problemlər işəgötürənlər tərəfindən sünii şəkildə yaradılır.

Azərbaycan cəmiyyətində orta sinfin formalaşması və inkişafı ilə bağlı məsələlərin həlli prioritetlər sırasındadır

28 İyul 2016 13:13

Müasir dövrdə cəmiyyət müxtəlif siniflərə, qruplara, təbəqələrə ayrılır. Cəmiyyətin sosial strukturuna müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalar nə qədər fərqli olsa da, cəmiyyətdə daim üç əsas sinfin – yüksək, orta və aşağı siniflərin mövcudluğunu mübahisəsiz qəbul edirlər.

Azər Həsrət: “Aksiyalara çağırılanların imkanları artıq tükənib”

28 İyul 2016 13:04

“Ümumiyyətlə Azərbaycanda Referendumun keçirilməsi tam Konstitusiya və qanunlar çərçivəsindədir. Burada qanunsuz heç bir hərəkətə, əmələ yol verilmir. Təbii ki, Azərbaycan xalqı da bu referenduma öz münasibətini məhz həmin gün yəni konkret olaraq sentyabrın 26-da səsvermə günü bildirəcək. Beləcə, nəticələr də ona uyğun olaraq elan ediləcək”. Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.

Rusiya Ermənistana qoşun yeridəcəkmi?

28 İyul 2016 13:03

“Rusiyanın Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün İrəvana qoşun yeritməsi ilə bağlı yayılan məlumatlar cəfəngiyatdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Konstitusiyaya ediləcək dəyişikliklər müsbət nəticələrini göstərəcək"

28 İyul 2016 12:59

“Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsi tərəfindən də dəstəkləndi. İndi isə söz xalqındır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili: “Praqmatik islahatlar modeli formalaşdırılıb”

28 İyul 2016 12:57

“İqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığımız uğurların əsasında Prezident İlham Əliyevin apardığı siyasi kurs dayanır. İstər iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatlar daim inkişafa xidmət göstərir. Həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Azərbaycanda 3500-dən çox hepatitli xəstə ilə bağlı qərar verildi

28 İyul 2016 12:49

Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyasına edilən müraciətlərin sayı açıqlanıb.

YAP-ın sədr müavini: Müxalifətçilərin "tənqidləri" cəmiyyət tərəfindən soyuq qarşılanır

28 İyul 2016 12:47

"Təcrübədən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür".

Səfir: Hərbi çevrilişə cəhd Türkiyə dövlətçiliyinə qarşı yönəldilmişdi

28 İyul 2016 12:41

Hərbi çevrilişə cəhd Türkiyə dövlətçiliyinə, dövlətin rifahına qarşı yönəldilmişdi. Trend-in məlumatına görə, bunu İTV telekanalına müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Azərbaycanda havanın temperaturu yenə aşağı düşəcək, yağmurlu hava şəraiti davam edəcək

28 İyul 2016 12:37

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Pakistanda daşqınlar nəticəsində 20-dən çox adam həlak olub

28 İyul 2016 12:26

Pakistanın şimalındakı Xayber Paxtunxva və Pəncab əyalətlərində müşahidə olunan leysan yağışları və daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 60-dan çox adam zərər çəkib.

Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək

28 İyul 2016 12:23

Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək. 

Binəli Yıldırım: "Türkiyə Silahlı Qüvvələri bundan sonra da demokratiyaya xidmət edəcək"

28 İyul 2016 12:20

"Millətimiz 15 iyul gecəsində ikinci bir qurtuluş mücadiləsindən zəfərlə çıxdı".

Minsk qrupunun son dövrlərdəki fəaliyyəti passivliyi ilə seçilir

28 İyul 2016 12:19

“Rusiyanın Cənubi Qafqaz siyasəti çoxəsrlik geostrateji maraqlara söykənir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Əli Qənbərli səsləndirib. Onun sözlərinə görə,  baxmayaraq ki, Dağlıq Qarabağ problemininin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu qrupun əsas üçlüyündən biri də Rusiyadır, amma, hadisələrin gedişatı onu göstərir ki, coğrafi yaxınlıq və siyasi maraq amili Rusiyanın bu probleminin həlli istiqamətində fərdi rolunu daha önəmli edir: “Nəinki, Minsk qrupunun üzvü olaraq.