Minsk qrupunun son dövrlərdəki fəaliyyəti passivliyi ilə seçilir

“Rusiyanın Cənubi Qafqaz siyasəti çoxəsrlik geostrateji maraqlara söykənir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Əli Qənbərli səsləndirib. Onun sözlərinə görə,  baxmayaraq ki, Dağlıq Qarabağ problemininin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu qrupun əsas üçlüyündən biri də Rusiyadır, amma, hadisələrin gedişatı onu göstərir ki, coğrafi yaxınlıq və siyasi maraq amili Rusiyanın bu probleminin həlli istiqamətində fərdi rolunu daha önəmli edir: “Nəinki, Minsk qrupunun üzvü olaraq.

"Rusiyanın Cənubi Qafqaz siyasəti çoxəsrlik geostrateji maraqlara söykənir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Əli Qənbərli səsləndirib. Onun sözlərinə görə,  baxmayaraq ki, Dağlıq Qarabağ problemininin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu qrupun əsas üçlüyündən biri də Rusiyadır, amma, hadisələrin gedişatı onu göstərir ki, coğrafi yaxınlıq və siyasi maraq amili Rusiyanın bu probleminin həlli istiqamətində fərdi rolunu daha önəmli edir: "Nəinki, Minsk qrupunun üzvü olaraq. Minsk qrupunun son dövrlərdəki fəaliyyəti passivliyi ilə seçilir. Belə ki, qrupun tərkibində əsas üçlüyü təmsil edən tərəflərin nümayəndələrinin bəziləri məsələyə  sosial şəbəkələr vasitəsilə münasibət bildirməklə kifayətlənirlər ki, bu da artıq laqeyd mövqenin göstəricisidir. Erməni tərəfi də, yaranmış vəziyyətdən istifadə edərək gün ərzində bir neçə dəfə cəbhə xəttində vəziyyəti gərginləşdirir. Son dövr ərzində münaqişə tərəfləri arasında rəsmi səviyyədə görüşlərin olmasına baxmayaraq, ermənistan tərəfinin danışıqlar prosesində qeyri-obyektivliyi və əsassız tələbləri problemin həllinin yubanmasına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31