Pakistanda daşqınlar nəticəsində 20-dən çox adam həlak olub

Pakistanın şimalındakı Xayber Paxtunxva və Pəncab əyalətlərində müşahidə olunan leysan yağışları və daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 60-dan çox adam zərər çəkib.

Pakistanın şimalındakı Xayber Paxtunxva və Pəncab əyalətlərində müşahidə olunan leysan yağışları və daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 60-dan çox adam zərər çəkib.

Bu barədə TASS xəbər verir.

Pakistanın meteorologiya departamentinin direktoru Məhəmməd Hanif bildirib ki, yaxın bir sutka ərzində də leysan yağışlarının davam edəcəyi gözlənilir. "Güclü yağışlar Pəncab, Xayber Paxtunxva, Gilgit-Baltistan əyalətlərində və Kəşmirdə daşqınlara və torpaq sürüşmələrinə səbəb ola bilər", - deyə o xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00