Gündəm
Nazirliyə 48 653 müraciət daxil olub
2016-cı ilin 1-ci yarım ilində vergi orqanlarına 48 653 müraciət daxil olub. Onlardan 96,9%-i ərizə, 2,9%-i şikayət, 0,2%-i təklifdir. Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, müraciətlərin 50,7%-i müxtəlif arayışların alınması, 20,8%-i kameral vergi yoxlamaları, 7,6%-i vergi borcları, 1,9%-i səyyar vergi yoxlamaları, 1,9%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,3%-i operativ vergi nəzarəti tədbirləri, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,5%-i digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,0%-i müsbət həll olunub. Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% azalıb. Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 2 216 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mədət Quliyevdən xəbər var
2016-cı il iyul ayının 27-28 tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci Müşavirəsi keçirilmişdir. Müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Türk təyyarəsi təcili enib
TK864 sayılı səfəri yerinə yetirən və İstanbuldan Tel -Əvivə uçan Türk Hava Yollarına aid sərnişin təyyarəsi Antaliya Hava Limanına təcili şəkildə enib.
Nağdsız dövriyyə üçün güzəşt 9 faizə endiriləcək
Leqal iqtisadiyyatın nоrmal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması dövlətin vergi siyasətinin əsas istiqamətlərindən biridir. Respublikamızda bu sahədə daim məqsədyönlü işlər görülmüşdür. Belə ki, mənfəət vergisinin dərəcəsi 45 faizdən 20 faizə, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə, fiziki şəхslərin gəlir vergisinin maksimal dərəcəsi 55 faizdən 25 faizə endirilmiş, aylıq gəlirin vergi tutulmayan məbləği 140 manata qaldırılmışdır.
Azərbaycana qarşı daha bir hörmətsizlik
Azərbaycana qarşı imkan düşdükcə qaralama kampaniyası, qərəzli münasibət, həmçinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan yanaşma və fəaliyyətlərə rəvac verilir. Təssüfedici məqam ondan ibarətdir ki, bu qeyri-obyektiv yanaşma və münasibət təkcə bir istiqamət deyil, müxtəlif istiqamətlərdən, Avropadan tutmuş Birləşmiş Ştatlıara qədər hər tərəfdən özünü büruzə verir. Burada diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, bu mənfi tendensiya bir qayda olaraq erməni diasporunun “əməyi” sayəsində ortaya çıxır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilat və cəmiyyətlər, şirkətlər erməni lobbisinin təsiri altına düşərək Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyirlər. Onu da qeyd etmək lazımdır ki, istər Azərbaycanda, istərsə də ölkədən kənarda fəaliyyət göstərən, milli maraqlar və dövlətçilik maraqları naminə çalışan təşkilatlar aktiv fəaliyyətləri nəticəsində zamanında bu kimi mənfi halları üzə çıxarır və ona qarşı təsirli addımlar atırlar.
Турция просит США экстрадировать ...Гюлена
Организация FETÖ Фетуллаха Гюлена, обвиняемого в организации военного переворота в Турции, осуществляет деятельность на территории Украины. FETÖ занимается образовательными, культурными вопросами и является учредителем СМИ.
Əliməmməd Nuriyev: "Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq"
“Konstitusiyaya təklif edilən dəyişikliklər dünyada və ölkəmizdə gedən proseslərlə bağlıdır və indiki çağırışlara cavab verir. Dəyişikliklər xüsusilə iqtisadi inkişafın davamlılığını təmin etmək üçün önəmlidir”. Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Mövlud Çavuşoğlu: "Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib"
"Azərbaycan Fətullahçı terror təşkilatı (FETÖ) tərəfdarları ilə mübarizəyə böyük töhfə verib".
Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib
Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib. "Anadolu" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində ötən yarım ilin yekunları müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Konstitusiya dəyişiklikləri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir
“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”.
Alman polisi radikal ovuna çıxıb
Almaniyada hüquq-mühafizə orqanları ölkədəki radikal dini ekstremistləri aşkarlamaq və potensial terrorçuları yaxalamaq üçün xüsusi əməliyyatlara başlayıblar.
Qorxunc kadrlar: idmançılarımız bu çirkabda yarışacaq?
Nə deyim?! Hər şey göz qarşısındadır. Məsləhət görürük ki, yarışlar zamanı idmançılar ağızlarını açmasınlar. Çünki onların ağızlarına bu su dolarsa, ən ağır infeksiyalara yoluxa bilərlər..
Ermənilərin şərti: Sarkisyan getməlidir
Ermənistanda prezident Serj Sarkisyanın istefa verməsi ilə bağlı səslər artır.
“Müsəlmanlıq terrorla birlikdə düşünülə bilməz”
Fransanın Nitsa, Almaniyanın isə Bavariya şəhərlərində baş verən terror aktlarından sonra Avropada İslama qarşı hücumlar yenidən artıb. Müsəlmanlara qarşı ciddi şəkildə təqib və təzyiqlərə başlayan Avropa demək olar ki, qoca qitədə yaşayan hər bir müsəlmanı az qala terrorçu kimi görür. Təssüflər olsun ki, bu yalnış yanaşma qoca qitənin demək olar ki, hər bir ölkəsini əhatə edir.














