Azərbaycana qarşı daha bir hörmətsizlik

Azərbaycana qarşı imkan düşdükcə qaralama kampaniyası, qərəzli münasibət, həmçinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan yanaşma və fəaliyyətlərə rəvac verilir. Təssüfedici məqam ondan ibarətdir ki, bu qeyri-obyektiv yanaşma və münasibət təkcə bir istiqamət deyil, müxtəlif istiqamətlərdən, Avropadan tutmuş Birləşmiş Ştatlıara qədər hər tərəfdən özünü büruzə verir. Burada diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, bu mənfi tendensiya bir qayda olaraq erməni diasporunun “əməyi” sayəsində ortaya çıxır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilat və cəmiyyətlər, şirkətlər erməni lobbisinin təsiri altına düşərək Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyirlər. Onu da qeyd etmək lazımdır ki, istər Azərbaycanda, istərsə də ölkədən kənarda fəaliyyət göstərən, milli maraqlar və dövlətçilik maraqları naminə çalışan təşkilatlar aktiv fəaliyyətləri nəticəsində zamanında bu kimi mənfi halları üzə çıxarır və ona qarşı təsirli addımlar atırlar.

Ərazi bütövlüyümüz yenidən təhrif olundu

Azərbaycana qarşı imkan düşdükcə qaralama kampaniyası, qərəzli münasibət, həmçinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan yanaşma və fəaliyyətlərə rəvac verilir. Təssüfedici məqam ondan ibarətdir ki, bu qeyri-obyektiv yanaşma və münasibət təkcə bir istiqamət deyil, müxtəlif istiqamətlərdən, Avropadan tutmuş Birləşmiş Ştatlıara qədər hər tərəfdən özünü büruzə verir. Burada diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, bu mənfi tendensiya bir qayda olaraq erməni diasporunun "əməyi" sayəsində ortaya çıxır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilat və cəmiyyətlər, şirkətlər erməni lobbisinin təsiri altına düşərək Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyirlər. Onu da qeyd etmək lazımdır ki, istər Azərbaycanda, istərsə də ölkədən kənarda fəaliyyət göstərən, milli maraqlar və dövlətçilik maraqları naminə çalışan təşkilatlar aktiv fəaliyyətləri nəticəsində zamanında bu kimi mənfi halları üzə çıxarır və ona qarşı təsirli addımlar atırlar.

2006-cı ildən QHT sektorunda aktiv fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə qorunması istiqamətdə mühüm işlər görüb. Təşkilatın nəzdində fəaliyyət göstərən Analitik Təhlil Mərkəzi zaman-zaman ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarında ön sırada mübarizə aparıb. Bugünlərdə təşkilata daxil olan məlumat ASGA-nın idarə heyəti tərəfindən sözün bütün mənalarında ölkəmizi, atribuatlarımızı təhqir kimi qiymətləndirilib. Belə ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən, dünyada məşhur online alqı-satqı şirkəti olan "Etsy Inc." Şirkəti Azərbaycana aid bəzi məhsulların satışını həyata keçirir. Təqdim olunan məhsullarda isə Azərbaycan xəritəsi tamamilə təhrif olunmuş formada təqdim olunub. Bəzi məhsullarda Dağlıq Qarabağ bölgəsi, bəzilərində isə Naxçıvan MR xəritəmizə aid edilməyib.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bunun qərəzli və düşünülmüş şəkildə həyata keçirildiyini deyib: "Aydın məsələdir ki, bu şərəfsizlik erməni lobbisi tərəfindən planlı şəkildə həyata keçirilir. Bununla bağlı "Etsy Inc." Şirkətinin təsisçiləri Robert Kalin, Chris Maguire, Haim Schoppik, Jared Tarbellə də müraciət ünvanladıq. Eyni zamanda Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etdik. ASGA-nın rəsmi tərəfdaşı olan Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun rəhbəri Şamil Tağıyev bizə bu barədə yazdı və Rusiyadakı həmyerlilərimizin məsələdən ciddi narahat olduqlarını dedi. Bu kimi məsələlərdə diaspor təşkilatlarımız diqqətli olmalıdırlar. Biz ölkəmizi təhqir edən istənilən addıma sərt reaksiya göstərəcəyik"

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev isə bu kimi problemlərin ölkələrarası münasibətlər çərçivəsində həllinin mümkün olduğunu deyib: "Birləşmiş Ştatlar Azərbaycanla strateji tərəfdaşdır. Bundan başqa Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. Belə olan halda özəl qurum olsa belə ölkəmizin ərazi bütövlüyünün kommersiya məqsədi ilə təhrif olunması yolverilməzdir. Aidiyyatı qurumlar bu məsələni ciddi nəzarətdə saxlamalı və müvafiq addımlar atmalıdırlar. Satışa çıxarılan məhsullar peşəkar səviyyədə reklam olunur. Siz təsəvvür edin ki, bu məhsul dünya üzrə satışa çıxarılıb. Yüzlərlə insan Azərbaycan xəritəsini təhrif olunmuş formada tanıya bilər. Bu əslində mübarizənin yeni metodudu".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00