Konstitusiya dəyişiklikləri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir
“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”.
28 İyul 2016 13:34 Siyasət"Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri "OLAYLAR"-a YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov səsləndirib. O, bildirib ki, Referendum Aktının layihəsi Azərbaycanda Konstitusiya quruluşunun, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış. Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident və parlament seçkilərində yaş məhdudiyyətlərinin aradan qaldırılması demokratiyanın inkişafına xidmət edir: "Bu dəyişikliklər Azərbaycanın ictimai-siyasi, sosial - mədəni həyatındakı dəyişiklikləri, siyasi müasirləşmə prosesinin sürətlənməsini əks etdirir. Dəyişikliklər sübut edir ki, biz yeni mərhələyə qədəm qoyur, həmçinin vətəndaşlarımızın təhlükəsiz yaşamasına, dövlət-milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib. Qeyd edim ki, Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılib, YAP Gəncləri də bu işdə fəal iştirakı ilə yadda qalacaq, üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək"