Qorxunc kadrlar: idmançılarımız bu çirkabda yarışacaq?

Nə deyim?! Hər şey göz qarşısındadır. Məsləhət görürük ki, yarışlar zamanı idmançılar ağızlarını açmasınlar. Çünki onların ağızlarına bu su dolarsa, ən ağır infeksiyalara yoluxa bilərlər..

Nə deyim?! Hər şey göz qarşısındadır. Məsləhət görürük ki, yarışlar zamanı idmançılar ağızlarını açmasınlar. Çünki onların ağızlarına bu su dolarsa, ən ağır infeksiyalara yoluxa bilərlər..

Bu sözləri həkim deyir. O həkim ki, üzü zir-zibildən, tullantılardan qaralan, mazut və neft ləkələrinin qat bağladığı suyun sahilindəki şəhərdə yaşayır.
Bu suda zibillə yanaşı, heyvan leşləri və cəsədlər də üzür. Dünən səhər sahil yaxınlığında neçə gün əvvəl şişmiş insan cəsədini dalğalar oynadırdı.

... Gələn ay Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları başlanır. Lakin şəhər hələ də Olimpiadaya hazır deyil. Daha doğrusu, Rio de Janeyronun yerləşdiyi Quanabara körfəzinin suları dəhşətli dərəcədə antisanitariya vəziyyətindədir.
Milli.Az Globo-ya istinadən bildirir ki, Azərbaycan yığmasının da mübarizə aparacağı Olimpiadada idmançılarımız, daha konkret olsaq, üzgüçülərimiz və avarçəkənlərimiz üçün real təhlükə mənbəyidir.
Triatlon, yelkənli qayıqsürmə, üzgüçülük yarışlarının keçiriləcəyi məşhur Kopakabana çimərliyində də eyni acınacaqlı vəziyyətdir.

Hədsiz dərəcə çirkab və zibil içində olan Quanabarada Olimpiya oyunları zamanı avarçəkmə, marafon üzgüçülük, vindserfinq yarışları keçiriləcək.
Rio de Janeyroda yaşayan avstraliyalı həkim Deniel Bekker isə The Sydney Morning Herald-a verdiyi açıqlamasında idmançıları həddən artıq ehtiyatlı davranmağa çağırıb.
Rio de Janeyro şəhərində kanalizasiya suları və məişət tullantıları heç bir təmizləmə olmadan Quanabara körfəzinin sularına axıdılır.
Alimlər və ekoloqların dediklərinə görə, Quanaba ilə Kopakabana əvvəllər də çirkli idi, amma indi çirklənmə dözülməz səviyyəyə, çox təhlükəli həddə çatıb.

Braziliyalı həkimlərdən biri deyib: "Bu sularda nəcis çoxdur. Yarışların necə keçəcəyini bilmirəm. Suyun tərkibindəki təhlükəli mikroorqanizmlər idmançıları təhlükəli, fəsadlı xəstəliklərə yoluxdura bilərlər", - D.Bekker söyləyib.
Eyni zamanda, Rio de Janeyrodakı İpanema və Leblon çimərlikləri də səhhət üçün təhlükəlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00