Nağdsız dövriyyə üçün güzəşt 9 faizə endiriləcək

Leqal iqtisadiyyatın nоrmal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması dövlətin vergi siyasətinin əsas istiqamətlərindən biridir. Respublikamızda bu sahədə daim məqsədyönlü işlər görülmüşdür. Belə ki, mənfəət vergisinin dərəcəsi 45 faizdən 20 faizə, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə, fiziki şəхslərin gəlir vergisinin maksimal dərəcəsi 55 faizdən 25 faizə endirilmiş, aylıq gəlirin vergi tutulmayan məbləği 140 manata qaldırılmışdır.

ƏDV-nin diferensiallaşdırılması qiymətlərə necə təsir göstərəcək?
 

Leqal iqtisadiyyatın nоrmal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması dövlətin vergi siyasətinin əsas istiqamətlərindən biridir. Respublikamızda bu sahədə daim məqsədyönlü işlər görülmüşdür. Belə ki, mənfəət vergisinin dərəcəsi 45 faizdən 20 faizə, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə, fiziki şəхslərin gəlir vergisinin maksimal dərəcəsi 55 faizdən 25 faizə endirilmiş, aylıq gəlirin vergi tutulmayan məbləği 140 manata qaldırılmışdır. Hazırda Azərbaycanda vergi ödəyicisinin aldığı və ya almalı olduğu məbləğə 18% dərəcə ilə ƏDV tətbiq edilir. Bütün bunların nəticəsində Azərbaycan Respublikasında əksər vergilərin dərəcələri digər ölkələrdəki analоji vergi dərəcələrindən хeyli aşağıdır. Lakin buna baxmayaraq, uzun müddətdən bəri müzakirə predmeti olan Əlavə Dəyər Vergisinin diferensiallaşdırılması məsələsi gerçəkləşə bilər. Artıq bununla bağlı təkliflər hökümətə təqdim edilib. Vergilər Nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, bu dəyişikliklərin 2017-ci ildən qüvvəyə minəcəyi gözlənilir. O qeyd edib ki, 710 min vergi ödəyicisinin 26 mini ƏDV ödəyicisidir, qalan 684 mini isə sadələşdirilmiş vergi ödəyiciləridir. Onların büdcə daxilolmalarında ümumi payı isə cəmi 2,8 faiz təşkil edir. Yəni, ƏDV üzrə toplanan vəsaitlər vergi daxilolmalarının 1/3-ni təşkil edir. Bu, təxminən 2 milyard 400 milyon manat deməkdir. Mütəxəssislər hesab edir ki, ayrı-ayrı sahələrə diferensiallaşdırılmış əlavə dəyər vergisinin tətbiq edilməsi həmin sahələrin inkişafına müsbət təsir göstərər. ƏDV ilə bağlı güzəşt ilkin olaraq nağdsız dövriyyəyə tətbiq ediləcək. Nağdsız dövriyyə üçün güzəşt 9 faiz nəzərdə tutulub. Güzəştin tətəbiqi nəticəsində ticarət mərkəzləri daha aşağı dərəcə ilə vergi vermək üçün vətəndaşları nağdısız alış-veriş etməyə təşviq edəcək. Bunun üçün nağdsız alış-veriş edənlər üçün müəyyən endirimlər tətbiq olunacaq. Nağdsız ödənişin daha ucuz başa gəldiyini görən vətəndaş isə plastik kartlarla ödənişə üstünlük verəcək. Maraqlıdır, Azərbaycanda nağdsız dövriyyə üçün güzəştin edilməsi qiymtlərin endirilməsinə səbəb ola bilərmi?
Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə ayri-ayrı sahələrə diferensiallaşmış əlavə dəyər vergisinin tətbiqi həmin sahələrin inkişafına müsbət təsir göstərir. Azərbaycanda da nağdsız dövriyyə diferensiallaşmış əlavə dəyər vergisinin tətbiqi bu sahənin dirçəlməsinə səbəb ola bilər. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, artıq beynəlxalq aləmdə belə praktika mövcuddur. Xüsusən, Mərkəzi və Şərqi Avropa ölkələri də daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə diferensiallaşdırılmış əlavə dəyər vergisi tətiq olunur: "Burada məqsəd ölkələr tərəfindən prioritet hesab olunan sahələri inkişaf etdirməkdir. Heç şübhəsiz ki, sözügedən mexanizmin tətbiqi ilə prioritet sektorlarda xərcin azaldılmasına nail olmaq mümkündür. Məsələn, əgər istənilət xidmət sektorunda aşağı əlavə dəyər vergisi tətbiq olunacaqsa, deməli həmin sahə inkişaf edəcək ki, nəticədə ölkə vətəndaşları ucuz xidmətlərindən istifadə edə biləcəklər". Ekspertin qənaətinə görə, belə praktikanın tətbiqi vətəndaşların nağdsız hesablaşmalara marağını artıracaq. Eyni zamanda, vergini və sahibkarların xərclərinin azaldılması ilə yanaşı, onların gəlirlərini də artıracaq: "Məlumdur ki, ölkədə fəaliyyət göstərən iri şirkətlər məhsullarını topdansatış yolu ilə satırlar. Belə şirkətlər adətən məhsullarını nağd şəkildə satırlar. Belə halda ƏDV azaldıqda onlar öz mallarını nağdsiz satmaqda maraqlı olacaqlar. Bununla ticarət mərkəzləri daha az əlavə dəyər vergisi tətbiq edilən məhsul alacaqlar. Bu da gətirib ona çıxaracaq ki, yalnız elektron ticarət deyil, eyni zamanda real ticarət obyektlərində də qiymətləin aşağı salınması mümkün olsun". Mütəxəssis hesab edir ki, güzəştin tətbiqi nəticəsində ticarət mərkəzləri daha da aşağı dərəcədə vergi ödəmək üçün vətəndaşları nağdsız alış-veriş etməyə təşviq edəcək. Bu məqsədlə nağdsız alış-veriş edənlər üçün endirimlər tətbiq olunacaq. Nağdsız alış-verişin daha ucuz başa gəldiyini görən vətəndaş təbii ki, plastik kartla ödənişə üstünlük verəcəklər.

ƏDV-nin mahiyyəti və dolayi vergilər sistemində rolu

Qeyd edək ki, Əlavə Dəyər Vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir. ƏDV-nin tətbiqi sferası iqtisadi subyekləri deyil, daha çox iqtisadi əməliyyat və fəaliyyətləri əhatə edir. Buna görə də, ölkənin hüdudlarından kənarda satılan mallar, göstərilən xidmətlərin ƏDV üzrə vergitutma obyekti olub-olmamasını müəyyən etmək üçün vergi qanunvericiliyində ƏDV-nin tutulması prinsipinə diqqət yetirmək lazımdır. Yeri gəlmişkən xatırladaq ki, bu vergi ilk dəfə olaraq bu vergi 1964-cü ildə aprelin 10-da Fransanın Vergi Vəkalətinin birgə direktoru Maurice Laure tərəfindən tətbiq edilib. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00