Gündəm

Fransa polisindən müsəlman qadına QEYRİ-İNSANİ RƏFTAR

28 İyul 2016 15:45

Fransanın paytaxtı Parisin şimalında yerləşən və 2 mindən çox miqrantın məskunlaşdığı müvəqqəti düşərgə ləğv edilib.

SOCAR-dan qalmaqallı FOTO ilə bağlı AÇIQLAMA

28 İyul 2016 15:42

Azərbaycanla bağlı satılan neft suvenirlərinin üzərindəki şəkildə işğal olunmuş ərazilərimiz silinib.

Biləsuvarda 6 otaqlı ev yanıb

28 İyul 2016 15:40

Biləsuvar rayonu, Çaylı kəndində vətəndaşa məxus evdə yanğın baş verib.

Mağazadan qızıl oğurlamaq istəyən qadın saxlanıb

28 İyul 2016 15:39

Bakıda oğurluğa cəhdin qarşısı alınıb.

Ağsu polisi əməliyyat keçirdi

28 İyul 2016 15:38

Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülgüc kənd sakini, əvvəllər məhkum olunmuş Təvəkkül Məmmədova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 64 ədəd çətənə kolu, 1 kiloqram 55 qram marixuana aşkar edilib.

Oğurluqda şübhəli bilinən şəxslər tutulublar

28 İyul 2016 15:36

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Günay Ağayevaya məxsus evdən 1500 manat pul və məişət əşyası oğurlamaqda şübhəli bilinən Ruslan Əliyev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 14-də Lənkəran rayon sakini Elnur Zeynalovla birgə Gulçəmən Nəsirovaya məxsus evdən 3000 manat pul oğurlamaları da müəyyən edilib. 

Şabran sakinini bıçaqlayan saxlanıb

28 İyul 2016 15:35

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da 20 Yanvar küçəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən şəxsin Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Talıb olması müəyyən edilib.

Axtarışda olan şəxs xilas edilib

28 İyul 2016 15:34

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşa¬hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dan verilən məlumata görə, 19 iyul 2016-cı il tarixdə saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.

Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

28 İyul 2016 15:31

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 ABŞ dollarının qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Yekaterinburq aviareysi ilə Rusiya Federasiyasına getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 ABŞ dolları aşkar edilib.Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan Respublikası vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 000 ABŞ dollarından başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Azər Badamov: “Ermənistanın dövlət müstəqilliyi əldən gedib”

28 İyul 2016 15:24

“Ermənistanın aclıq və səfalətin içində olması, yaşamağa ayrı bir ümid yerinin qalmaması insanları dövlətə qarşı çıxmağına vadar edib. Belə bir böhranlı vəziyyətin yaranması isə Ermənistandakı cinayətkar rejimin fəaliyyətinin nəticəsidir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

"SOCAR Türkiye" və "Petkim"dən çıxarılan işçilərin sayını açıqlandı

28 İyul 2016 15:21

"Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.

Rihannadan fanatlarına qadağa: “Bir də!..”

28 İyul 2016 15:18

Rihanna konsertlərində fanatlarının “Pokemon” oynamasına sərt reaksiya verib.

Türkiyə Prezident Administrasiyasını “Qorqud” zenit topu qoruyacaq

28 İyul 2016 15:15

Türkiyə Prezident Administrasiyası (Cumhurbaşkanlığı Külliyesi) yerli hava hucumundan müdafiə sistemi vasitəsilə qorunacaq. 

Mövlud Çavuşoğlu: "Ərdoğan və Putin İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək"

28 İyul 2016 15:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək.