Nazirlik yeni dövlət istiqrazı yerləşdirib
28 İyul 2016 15:30 İqtisadiyyatAzərbaycan Respublikası Maliyyə Nazirliyi yeni dövlət istiqrazları yerləşdirib. Bu barədə nazirlikdən verilən məlumata görə, AZ0102005516 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25.2 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 4.8 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96.2368 (gəlirlilik 7.9071%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 21 yanvar 2017-ci ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31