Biləsuvarda 6 otaqlı ev yanıb
Biləsuvar rayonu, Çaylı kəndində vətəndaşa məxus evdə yanğın baş verib.
28 İyul 2016 15:40 KriminalBiləsuvar rayonu, Çaylı kəndində vətəndaşa məxus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31