Mağazadan qızıl oğurlamaq istəyən qadın saxlanıb
Bakıda oğurluğa cəhdin qarşısı alınıb.
28 İyul 2016 15:39 KriminalBakıda oğurluğa cəhdin qarşısı alınıb. DİN-dən verilən məlumata görə, iyulun 27-də saat 16 radələrində Nəsimi rayonunun Cavadxan küçəsindəki mağazalardan birindən qızıl əşyaları oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Zərinə Babayeva Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılması üçün 19-cu PB-yə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31