Şabran sakinini bıçaqlayan saxlanıb

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da 20 Yanvar küçəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən şəxsin Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Talıb olması müəyyən edilib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da 20 Yanvar küçəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən şəxsin Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Talıb olması müəyyən edilib. DİN-dən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Elburus İsgəndərov tutulub. Faktla bağlı araşdırma aparılır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31