"SOCAR Türkiye" və "Petkim"dən çıxarılan işçilərin sayını açıqlandı
"Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.
28 İyul 2016 15:21 İqtisadiyyat"Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.
APA bildirir ki, bu barədə "SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.
V.Əliyev əlavə edib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.
"SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik", - deyə V. Əliyev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31