SOCAR-dan qalmaqallı FOTO ilə bağlı AÇIQLAMA
Azərbaycanla bağlı satılan neft suvenirlərinin üzərindəki şəkildə işğal olunmuş ərazilərimiz silinib.
28 İyul 2016 15:42 İqtisadiyyatAzərbaycanla bağlı satılan neft suvenirlərinin üzərindəki şəkildə işğal olunmuş ərazilərimiz silinib.
Publika.az xəbər verir ki, Dövlət Neft Şirkəti (SOCAR) məsələ ilə bağlı açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, araşdırmalar zamanı məlum olub ki, sözügedən şəklin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur: "Şəkli Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirib. Şəkildə, gördüyünüz kimi, Azərbaycan Respublikasının dövlət ərazisi yalnış göstərilib, həmçinin Azəri-Çiraq-Günəşli yataqlarının ehtiyatları barədə yalnış məlumat təqdim olunub. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir.
Biz şəkildəki məhsulun satıcısına etirazımızı bildirib, şəkildəki yalnış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, #SOCARtərəfindən müvafiq hüquqi addımlar atılacaq.