Gündəm

Azərbaycanda növbəti qəribə adlar: Vaqif Raul Lukas, Əhmədov...

28 İyul 2016 17:36

Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkənin məşhur şairlərinin daşıdığı adlar daha az verilir.

Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbərini qəbul edəcək

28 İyul 2016 17:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edəcək.

Turizmlə bağlı təlimlər təşkil olunur

28 İyul 2016 17:24

“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimdə iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə, bölgələrdə keçirilən növbəti təlim Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bu dəfə Xızı rayonunda baş tutub .

Qubanın Qəçrəş kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

28 İyul 2016 17:22

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çatdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə  genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

Əbülfəs Qarayev Britaniya Parlamentinin nümayəndə heyəti ilə görüşüb

28 İyul 2016 17:20

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, lkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

20 min məhbus azadlığa buraxılacaq

28 İyul 2016 17:17

Vyetnamda 20 min məhbus azadlığa buraxılacaq. ATV.az xarici mediaya istinadən bildirir ki, hökumət büdcəyə qənaət etmək məqsədilə 20 min məhbusu azad etmək qərarına gəlib.

Türkiyədə hərbi məhkəmələr bağlanacaq – Rəsmi

28 İyul 2016 17:05

Ali Hərbi Şurada qəbul olunan qərarların icra edilməsi üçün avqustun sonuna qədər gözlənilməyəcək.

Rusiyanın hərbi xərcləri açıqlandı

28 İyul 2016 17:02

Rusiya 2015-ci il ərzində öz hərbi xərclərini 48 faiz artırıb. Axar.az xəbər verir ki, bu haqda məlumat BMT-nin illik hesabatında yer alıb. Verilən məlumata görə, Rusiya Federasiyası ötən il hərbi xərclərə 2,9 trilyon rubl ayırıb.

İran: “Britaniyada insan haqları utancvericidir”

28 İyul 2016 17:01

İran Britaniyada insan haqlarının pozulmasına dair hesabat yayımlayacaq.

Azərbaycan bayrağını təhqir edən türk valisi də FƏTÖ-çü çıxdı

28 İyul 2016 16:59

Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput Fətullah Gülən hərəkətı ilə əlaqədə ittiham olunaraq saxlanılıb.

Nazlıgülün "qatili" FETÖ-çü çıxdı

28 İyul 2016 16:35

Ordudan kənarlaşdırılınca intihar edən baş leytenant Nazlıgülün komandiri FETÖ-cü çıxdı.

KM AM-nın qərarını ləğv edib

28 İyul 2016 16:34

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Z.Hüseynovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 15 dekabr tarixli qərarının ölkə Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Qubada at oğruları saxlanıb

28 İyul 2016 16:32

İyulun 22-də Quba rayon sakini Əlizamin Bayramova məxsus 1 rəst atı oğurlanıb.

Oğruların digər əməlləri də ifşa edilib

28 İyul 2016 16:31

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Sahil qəsəbəsində yaşayan Vilayət Əliyevin evindən oğurluğa cəhd göstərmiş həmyerliləri Elgün Quliyev və Kamran Zərbəliyev tutulublar.

6 ayda 500-dən artıq müəssisə yaradılıb

28 İyul 2016 16:30

Bu ilin yanvar–iyun ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanıb.