20 min məhbus azadlığa buraxılacaq
Vyetnamda 20 min məhbus azadlığa buraxılacaq. ATV.az xarici mediaya istinadən bildirir ki, hökumət büdcəyə qənaət etmək məqsədilə 20 min məhbusu azad etmək qərarına gəlib.
28 İyul 2016 17:17 DünyaVyetnamda 20 min məhbus azadlığa buraxılacaq. ATV.az xarici mediaya istinadən bildirir ki, hökumət büdcəyə qənaət etmək məqsədilə 20 min məhbusu azad etmək qərarına gəlib.
Qərar yüngül cinayət törətmiş, eyni zamanda, cəzasının yarıdan çoxunu çəkmiş məhbuslara aid olunacaq. Proses iki il müddətində icra ediləcək.
Qeyd olunur ki, məhbusların sayını azaltmaqla hökumət büdcəyə 9 milyon dollar qənaət etmiş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00