Qubada at oğruları saxlanıb
İyulun 22-də Quba rayon sakini Əlizamin Bayramova məxsus 1 rəst atı oğurlanıb.
28 İyul 2016 16:32 Kriminalİyulun 22-də Quba rayon sakini Əlizamin Bayramova məxsus 1 rəst atı oğurlanıb. DİN-dən verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində atı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri Bəhruz Osmanov və Həmzə Tahirov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus 3 rəst atı oğurlamaları, habelə 2 nəfərə məxsus 2 rəst atı rayonun otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31