Əbülfəs Qarayev Britaniya Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, lkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, lkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişaf nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00