Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbərini qəbul edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edəcək.
28 İyul 2016 17:34 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edəcək.
TRT Haber-in verdiyi məlumata görə, görüşdə ölkədəki son hadisələr müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00