Turizmlə bağlı təlimlər təşkil olunur

“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimdə iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə, bölgələrdə keçirilən növbəti təlim Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bu dəfə Xızı rayonunda baş tutub .

"Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü "Turizm müəssisələrində mədəni xidmətin təşkili" adlı təlimdə iştirak ediblər. "OLAYLAR"-ın xəbərinə görə, bölgələrdə keçirilən növbəti təlim Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bu dəfə Xızı rayonunda baş tutub . Xızı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Möhsün Bağırovun iştirakı ilə həyata keçirilən təlimi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Nurəddin Babayev və Fərhad Abdulov, Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən isə Vüsalə Məmmədzadə və Liana Abdullayeva aparıblar. Təlimin sonunda iştirakçılar xüsusi sertifikatlarla təltif olublar və Xızı rayonunda yerləşən Azərbaycanın ölməz şairi Mikayıl Müşfiq və şair dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının ev-muzeylərini ziyarət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00