İran: “Britaniyada insan haqları utancvericidir”

İran Britaniyada insan haqlarının pozulmasına dair hesabat yayımlayacaq.

İran Britaniyada insan haqlarının pozulmasına dair hesabat yayımlayacaq.

Axar.az xəbər verir ki, bunu İran İnsan Haqları Şurasının sədr müavini Kazım Qərib Abadi deyib.

İngiltərədə insan haqları durumunun utancverici olduğunu deyən Tehran rəsmisi rəmi Londonun radikal dini qruplaşmalara ciddi dəstək verdiyini iddia edib:

"İngiltərə heç bir ölkənin insan haqları ilə bağlı vəziyyətini tənqid edə bilməz. Bu ölkə Yaxın Şərqdə cihadçı radikal qruplaşmalara ciddi dəstək verir".

Abadi hazırladıqları hesabatın bir ay ərzində yayımlanacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00