Qubanın Qəçrəş kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çatdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə  genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çatdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə  genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq regionlarda 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanıb və artıq 23 şəhərdə işlər başa çatdırılıb. 2016-cı ildə daha 7 rayon mərkəzində su layihələrinin icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində işlərə başlanılması nəzərdə tutulur. "Azərsu" ASC rayon mərkəzləri ilə yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə də təxirəsalınmaz tədbirlər görür.

Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulmuş, kəndin yüksəklikdə yerləşən hissəsində ümumi tutumu 600 kubmetr olam 2 su anbarı tikilmiş, kənd daxilində polietilen borularla 2 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb. Hazırda paylayıcı şəbəkədən evlərə çıxışların və birləşmələrin verilməsi işləri həyata keçirilir. Layihənin icrası nəticəsində Qəçrəş kəndinin yüksəklikdə yerləşən hissəsində yaşayan 1250 sakininin içməli su problemi öz həllini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00