Gündəm

Türkiyənin "Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı saxlanılıb

17 Avqust 2016 14:59

Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Türkiyənin Erciyes Universitetitin 100-ə yaxın əməkdaşı və vəzifəlisi saxlanılıb.

​Rusiyada erməni əsilli iş adamı öldürülüb

17 Avqust 2016 14:47

Rusiyanın Novorossiysk şəhərində erməni əsilli iş adamı Samvel A. güllənərək öldürülüb.

Azərbaycan bu il spirtli içki ixracını 18% azaldıb

17 Avqust 2016 14:46

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk 7 ayında 11 432,27 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 2 543,77 min dollar yaxud 18,20% azdır.

Azərbaycanda daha iki bank müflis elan edilib

17 Avqust 2016 14:46

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib. Bu barədə "Report"a Fonddan bildirilib.

​BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

17 Avqust 2016 14:45

Bu gün Beynəlxalq Qırmızı XaçKomitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.

Cahangir Hacıyev: "Həbsimə qədər 11 dəfə istintaqa ifadə vermişəm"

17 Avqust 2016 14:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzaya uğradı: ölənlər var

17 Avqust 2016 14:29

Türkiyədə təyyarə qəzaya uğrayıb.

Toy möcüzəsi: iflic gəlin qəflətən ayağa durdu

17 Avqust 2016 14:28

Sevgi əsl xarüqələr yaratmağa, möcüzəni gerçəkləşdirməyə qadirdir.  ABŞ-dakı toylardan birində əsl möcüzə yaşanıb. Əlil arabasına məhkum olan, ifdlic gəlin toy günü ayağa durub, yeriyib.

Azərbaycanın ədalətli mövqeyinə dəstək verilməlidir

17 Avqust 2016 14:15

Xəbər verildiyi kimi bu günlərdə qədim Türk yurdu sayılan Macarıstanda Turan Qurultayı keçirilir. Qurultayda bütün türkdilli respublikalar, topluluq və qurumlar, muxtar vilayətlərlə yanaşı Azərbaycan Respublikasından da geniştərkibli nümayəndə heyəti iştirak edib. Qurultaya qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə dövlət rəsmiləri, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və sənətçilər daxildir. Bu dəfəki qurultayda ən yadda qalan hadisələrdən biri Turan Qurultayı çərçivəsində Azərbaycanla bağlı konfransın keçirilməsi olub. 

Qida məhsullarını necə saxlamalı

17 Avqust 2016 14:02

Yay fəslində havaların isti keçməsilə əlaqədar zəhərlənmə halarının sayı artıb. Mütəxəssislərin rəyinə görə, belə halların artmasına zəmin yaradan şərtlərdən biri də qida məhsullarının saxlanma qaydalarına riayət olunmamasıdır. Belə ki, hazırda ölkənin əksər ticarət şəkələrində malların çeçidlənməsi aparılmır, qida məhsulları növlərə ayrılmır. Hansı məhsul harada və necə gəldi yerləşdirilir. Nəticədə isə bunun ziyanını müştərilər çəkmiş olur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, qida məhsullarının saxlanılmasının düzgün təşkili, onların istehsaldan istehlakçıya çatdırılmasının bütün mərhələlərində itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Elbəyi Cəlaloğlunun zaman axarına fəlsəfi-dialektik baxışları

17 Avqust 2016 13:57

Elbəyi Cəlaloğlu “9-cu meydan” povestində 9 rəqəmi və onun simvolikasını özü üçün ideallaşdırmış və bütləşdirmiş, bütün türk dünyasının bir zərrəciyi kimi qəbul etdiyi öz həyatını, eləcə də, bu dünyada baş verən istər uğurlu, istərsə də uğursuz məqamları fəlsəfi bir cəhdlə həmin rəqəmlə bağlamağa çalışmışdır və bəzi hallarda onun bu cəhdi uğurlu alınıb. Əlbəttə, burada bədii, elmi, mənəvi-psixoloji cəhətdən üstün əlamətlər çoxluq təşkil etsə də, araşdırılmalı, bəzi hallarda isə mübahisəli məqamlar da vardır. Hər halda, belə yanaşma müəllifin təxəyyülünün məhsuludur, bəlkə də inancıdır, orijinaldır və ona görə də oxucunun diqqətini çəkir, onu maraqlandırır.

Sankt-Peterburqda terror partlayışları

17 Avqust 2016 13:54

Rusiyanın Sankt-Peterburq şəhərindəki yaşayış binalarından birində terrorçuların zərərsizləşdirilməsi zamanı iki partlayış baş verib.

“Tax free”nin tətbiqi ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır

17 Avqust 2016 13:49

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatalrın istiqmətləri”ndə nəzərdə tutulan dəyişikliklərdən biri də Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommeerdiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilmiş ƏDV-nin qaytarılması (“tax free”) sisteminin tətbiqinin genişləndiriliməsi ilə bağlıdır. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovla müsahibə bu mövzuya həsr olunmuşdur.

2600-a yaxın əcnəbi Azərbaycandan çıxarılıb

17 Avqust 2016 13:47

İyul ayı ərzində 2792 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Nardaran hadisələri ilə bağlı məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib

17 Avqust 2016 13:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.