SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzaya uğradı: ölənlər var
Türkiyədə təyyarə qəzaya uğrayıb.
17 Avqust 2016 14:29 DünyaTürkiyədə təyyarə qəzaya uğrayıb.
Türkiyə KİV-i bildirir ki, Təkirdağın "Çorlu Hava limanı"nda təlim uçuşu üçün havaya qalxan təyyarə Ahimehmet kəndi yaxınlığında qəzaya uğrayıb. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Qəzada iki nəfərin həyatını itirdiyi bildirilir. Ölənlərdən birinin təlimçi pilot, digərinin isə şagird olduğu söylənilir.
Hadisə yerinə xilasetmə qrupları və təcili tibbi yardım briqadası cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31