​BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

Bu gün Beynəlxalq Qırmızı XaçKomitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.

Bu gün Beynəlxalq Qırmızı XaçKomitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, komitə təmsilçiləri vasitəsi ilə ailəsinə məktub göndərib.

Qeyd edək ki, Ermənistanın Ararat rayonun Ayqepat kəndinin sakini 1954-cü il təvəllüdlü erməni Henrik Sayerbekoviç Aqekyan avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində sərhədi pozarkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31