Gündəm
Politoloq: “Ermənistana təzyiq olsaydı, belə abırsız formada danışa bilməzdilər”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyində dəyişiklik yoxdur. Bu səbəbdən Ermənistan tərəfi də bu məsələdə çox böyük həyasızlıq nümayiş etdirir”. Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Dağlıq Qarabağa dair məlum açıqlamasını şərh edərkən bildirib. O deyib ki, Ermənistan rəsmilərinin “bir qarış torpaq vermərik”, “Qarabağ müstəqil olmalıdır” kimi şantaj xarakterli çıxışları işğalçı dövlətin nizmalanma prosesinə hazır olmadığını göstərir: “Dağlıq Qarabağ məsələsində əsas rol oynayan Rusiyadır və əgər o qəti mövqe tutsa, münaqişənin beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə uyğun həll etmək istəsə, ermənilər nə kəradilər ki, dirəniş göstərsinlər? Onlar bütün məsləhətləri Kremldən alır və ona uyğun da hərəkət edirlər”.
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub
Yaponiyanın mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin Milli Meteorologiya Agentliyindən bildiriblər ki, episentri İbaraki prefekturası olan zəlzələnin ocağı 50 kilometr dərinlikdədir.
Ermənistan ya yenidən müharibə variantına getməli, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir
“Dövlətimizin siyasətinin əsasında Qarabağ probleminin yaxın zamanlarda sülh və danışıqlar yoluyla ədalətli həlli olunması dayanır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov səsləndirib.
Qadın güləşçilərimiz komanda hesabında dördüncü oldu
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Təhsil Nazirliyi: Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun icrası ilə bağlı təbirlər görülür
Hazırda bütün yerli təhsil idarəetmə orqanlarında məktəbəhazırlıq qruplarına sənəd qəbulunun icrası ilə bağlı müvafiq təbirlər görülür. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə təhsil nazirinin müvafiq əmrində məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulub.
Futbolçu Cavid Hüseynovun vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
PKK Elazığdakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
Dünən Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bomba yüklü mikroavtobusla törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.
Ermənistanda bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçiyə avqustun 23-də hökm oxunacaq
Ermənistanda Avetisyanlar ailəsinin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova hökm avqustun 23-də oxunacaq.
Yunanıstan çevrilişə cəhdin iştirakçısı olmuş türkiyəli hərbçilərə sığınacaq verilməsi məsələsinə baxır
Rəsmi Afina hərbi çevriliş cəhdindən sonra vertolyotla Yunanıstana qaçan 8 türkiyəli hərbçiyə sığınacaq verilməsi məsələsinə baxır.
Ən yaşamalı şəhərlər hansılardır?
“The Economist” məcmuəsi son sayında həm də 2016-cı il il üçün dünyanın “ən yaşamalı şəhərlərinin” reytinq cədvəlini və bu barədə hesabatı dərc edib.
İcmalçı: "Ermənistan Avrasiya İqtisadi Birliyinin çıxılmaz vəziyyətə düşən əyalətidir"
"Ermənistan Avrasiya İqtisadi Birliyinin çıxılmaz vəziyyətə düşən sərhəd əyalətidir".
Putin daha bir naziri istefaya göndərəcək
Rusiyanın təhsil və elm naziri Dmitri Livanov vəzifəsini tərk edir.
Rio-2016: Azərbaycan bayrağını tapa bilməyən idmançımız pərt oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.
Putin Krıma gəldi və Təhlükəsizlik Şurasını çağırdı
Rusiya prezidenti Vladimir Putin Krıma işgüzar səfərə gəlib.
Lənkəranskinin adamları müharibəyə hazırlaşırlar
Qətlə yetirilən əfsanəvi kriminal general Rövşən Lənkəranskinin tərəfdarları qisas almağa hazırlaşırlar.














