PKK Elazığdakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
Dünən Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bomba yüklü mikroavtobusla törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.
19 Avqust 2016 17:26 DünyaDünən Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bomba yüklü mikroavtobusla törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, PKK internet saytında yaydığı açıqlamada Elazığ Polis İdarəsi qarşısında partlayış törətdiyini bəyan edib.
Xatırladaq ki, dünənki terror aktı nəticəsində 3 polis şəhid olub, 146 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31