Təhsil Nazirliyi: Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun icrası ilə bağlı təbirlər görülür
Hazırda bütün yerli təhsil idarəetmə orqanlarında məktəbəhazırlıq qruplarına sənəd qəbulunun icrası ilə bağlı müvafiq təbirlər görülür. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə təhsil nazirinin müvafiq əmrində məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulub.
19 Avqust 2016 17:29 SosialHazırda bütün yerli təhsil idarəetmə orqanlarında məktəbəhazırlıq qruplarına sənəd qəbulunun icrası ilə bağlı müvafiq təbirlər görülür. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə təhsil nazirinin müvafiq əmrində məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulub.
Qeyd olunub ki, məktəbəhazırlıq qrupları təşkil olunacaq məktəblərdə sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədlər, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməsi barədə yerli təhsili idarəetmə orqanlarına göstəriş verilib.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 15 uşaq olacaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılacaq.
Məktəbəhazırlıq qruplarına qəbul üçün məktəbin direktorunun adına ərizə, uşağın mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkil tələb olunacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünəcək. I yarım il 1 oktyabr - 26 yanvar, II yarım il 1 fevral - 31 may tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün əlavə tətil (1-5 may) müəyyən olunacaq.