Gündəm
Taleh Bağırovun tərəfdarları məhkəməni pozmağa çalışır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İraqın Əl-Kayyara şəhəri İŞİD-dən azad edilib
İraqın təhlükəsizlik qüvvələri Əl-Kayyara şəhərini terrorçu İŞİD qruplaşmasından azad edib.
Cəfər Xəndan küçəsinin bir hissəsi təmir edildi
“Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində daha bir küçədə təmir işləri aparılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsi təmir olunub.
“İdxal azaldılmalıdır”
Cari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7 % azdır. İdxal olunmuş buğdanın ümumi dəyəri isə 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib.
SOCAR prezidenti Türkiyədə səfərdə olub
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, səfər çərçivəsində Rövnəq Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib.
YAP əsgər və zabitlərinin ailə üzvləri üçün yay istirahətinin təşkili kampaniyası keçirir
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib. Partiyadan “OLAYLAR”-a bildirilib ki,YAP-ın bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olub.
Sabunçu rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Bakı şəhəri üzrə şöbənin əməkdaşları, Sabunçu rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları,dini icma nümayəndələri, rayon fəalları, ziyalılar iştirak ediblər.
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edir.
Azərbaycanda kişi və qadınların yediyi ərzağın miqdarı açıqlanıb
Azərbaycanda qadınların və kişilərin ötən il adambaşına istifadə etdikləri ərzağın miqdarı açıqlanıb.
Rusiya XİN rəsmisi: "İnanmıram ki, ABŞ Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya versin"
"İnanmıram ki, ABŞ Dağlıq Qarabağmünaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".
Bu ilin altı ayında Azərbaycanda sürücülərə qarşı 40 milyon manat məbləğində cərimələr tətbiq edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma müşahidə olunub.
İtaliyada daha bir yeraltı təkan: dağıntılar var
İtaliyanın Amatriçe şəhərində 4,3 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.
AXCP üzvü İsmayıl Rəsulova hökm oxundu
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Rəsulov barəsində 30 sutkalıq inzibati həbs qərarı seçilib.
Sürücü pişiyi vurmamaq üçün "Gelandewagen"i qurban verdi
İngiltərəli Nik Qrimşou qiyməti 100 min dollardan baha olan "Mercedes-Benz G-Class" (Gelandewagen) yolsuzluq avtomobilini gözlənilmədən yola qaçan narıncı rəngli pişiyi əzməmək üçün qurban verib.
Ərdoğan Kılıçdaroğluya zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avtomobil karvanı silahlı hücuma məruz qalan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluya zəng edib.














