Rusiya XİN rəsmisi: "İnanmıram ki, ABŞ Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya versin"
"İnanmıram ki, ABŞ Dağlıq Qarabağmünaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".
25 Avqust 2016 17:31 Siyasət"İnanmıram ki, ABŞ Dağlıq Qarabağmünaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".
"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
ABŞ dövlət katibi Con Kerrinin Moskvaya sonuncu səfəri zamanı Dağlıq Qarabağ münaqişənin həlli üçün aparılan danışıqlarda liderliyin Rusiyaya verilməsi ilə bağlı təklif irəli sürməsi haqda sualı cavablandıran XİN rəsmisi deyib: "İnanmıram ki, ABŞ hər hansı bir məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31