SOCAR prezidenti Türkiyədə səfərdə olub
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, səfər çərçivəsində Rövnəq Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib.
25 Avqust 2016 17:45 SosialSOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, səfər çərçivəsində Rövnəq Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib. İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilmiş işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunub. İşlərin gedişi haqqında məlumat dinlənilib, bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyətlər planauyğun surətdə davam etdirilir. İclasdan sonra SOCAR-ın prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb.