YAP əsgər və zabitlərinin ailə üzvləri üçün yay istirahətinin təşkili kampaniyası keçirir

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib. Partiyadan “OLAYLAR”-a bildirilib ki,YAP-ın bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olub.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib. Partiyadan "OLAYLAR"-a bildirilib ki,YAP-ın bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olub.

Cari ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilmişdir. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələnib. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili isə avqustun 25 -dən başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31