Gündəm
UEFA avrokuboklarla bağlı yenilikləri təsdiqlədi
UEFA avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edib.
Suriyada döyüşən “MƏXFİ ORDU” Qarabağa gəlir
Rusiya muzdlu döyüşçülərdən ibarət olan “Vaqner qrupu”nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.
Sovet imperiyası bu səbəbə görə yıxılıb - İNANILMAZ VİDEO
ABŞ-da hazırlanan bir videoda ay proqramı üzrə SSRİ üzərində qazanılan qələbənin səbəbləri izah edilib.
"Olimpiadada medal qazanmamaq vətənə xəyanətdir"
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov Rio-de-Janeyroda keçirilən 31-ci Olimpiya Oyunlarında medal qazana bilməyən türkmən idmançıları vətənə xəyanətdə ittiham edib.
Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq
Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq
Meşə yanğınları nifrətə layiq yalançı təbiətsevərlərin ucbatından baş verir
“Yenə meşələrimiz yanır. Yenə dırnaqarası təbiətsevərlərin əməllərinin eybəcər nəticələRi. Bu gecə də yerli meşə işçiləri, nazirliyin əməkdaşları, fövqəladə halların əməkdaşları səhərədək çöllərdə yanğını söndürüblər”.
Nazir Qubada vətəndaşlarla görüşüb
Gənclər və idman nazir Azad Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib. Nazirliyin mətbiat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Vətəndaşlar tərəfindən edilən müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminat ashələrini əhatə edib. Gənclər sahəsində edilən müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.
“Vitse-prezidentlik institutu çevik idarəçilik formasıdır"
“Cəmiyyət, dövlətçilik inkişaf etdikcə, dövlətin idarə olunmasında mühüm mərhələlər meydana çıxır. Hökumətin, cəmiyyətin, dövlətin idarə olunması zamanla ayaqlaşıb, müasir tələbələrə cavab verməlidir. Lakin elə məsələlər var ki, onlar məhz Konstitusiya ilə tənzimləndiyi üçün Konstitusiyaya əlavə və dəyişiklik ümumxalq səsverməsi -Referendum vasitəsilə həyata keçirilir”.
Türkiyənin baş naziri: “Heç bir terror qruplaşması ölkəmizi əsir götürə bilməz”
"Türkiyə Cümhuriyyətini heç bir terror qruplaşması əsir götürə bilməz".
Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Komitə sədri Azərbaycana daha çox hansı malların qaçaq yolla gətirildiyini açıqlayıb
Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur.
Qiyamda sui-qəsd cəhdindən xilas olan general Suriyada
Cerablus şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün başladılan “Fərat qalxanı” adlı hərbi əməliyyata komandanlıq edən Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Korpus komandiri, general-polkovnik İsmail Metin Temel Azad Suriya Ordusunun (ASO) şəxsi heyəti ilə görüşüb.
CANLI YAYIMDA QARĞIŞ: Allah bəlanı versin! - VİDEO
Türkiyənin TRT kanalında canlı yayım zamanı biabırçılıq yaşanıb.
Deputat Azərbaycanda doğulmuş erməni nazirin işdən çıxarılmasını istəyir
Ukrayna Ali Radasında Azərbaycanda anadan olmuş erməni əsilli daxili işlər naziri Arsen Avakovun işdən çıxarılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda parlamentin saytında xəbər verilir.
Türkiyədə polis şöbəsi PARTLADILDI: 11 ölü, 78 yaralı
Türkiyədə növbəti terror aktı törədilib.














