Qiyamda sui-qəsd cəhdindən xilas olan general Suriyada

Cerablus şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün başladılan “Fərat qalxanı” adlı hərbi əməliyyata komandanlıq edən Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Korpus komandiri, general-polkovnik İsmail Metin Temel Azad Suriya Ordusunun (ASO) şəxsi heyəti ilə görüşüb.

Cerablus şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün başladılan "Fərat qalxanı" adlı hərbi əməliyyata komandanlıq edən Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Korpus komandiri, general-polkovnik İsmail Metin Temel Azad Suriya Ordusunun (ASO) şəxsi heyəti ilə görüşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Cerablus şəhərində baş tutan görüş zamanı türkiyəli general ASO hərbiçilərinin vəziyyəti ilə yaxından tanış olub.

Xatırladaq ki, İsmail Metin Temel ictimaiyyətə daha çox Türkiyədə baş verən 15 iyul hadisələri zamanı qiyamçılardan xilas olmuş general kimi tanınır. O, 15 iyul hadisələri zamanı sui-qəsd cəhdinə məruz qalsa da, "Fətullahçı" terror təşkilatının əlindən xilas ola bilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31