CANLI YAYIMDA QARĞIŞ: Allah bəlanı versin! - VİDEO
Türkiyənin TRT kanalında canlı yayım zamanı biabırçılıq yaşanıb.
26 Avqust 2016 13:43 DünyaTürkiyənin TRT kanalında canlı yayım zamanı biabırçılıq yaşanıb.
"İdman axşamı" verilişində "Fənərbağça" azarkeşlərinin diqqətini çəkən hadisə baş verib.
İstanbul klubunun prezidenti Aziz Yıldırımın çıxışı efirə verilən zaman studiyadan "Allah bəlanı versin, Aziz" sözləri eşidilib. Bu xoşagəlməz hal "Fənər"li azarkeşlərin hiddətinə səbəb olub. Yüzlərlə fanat sosial şəbəkələrdə TRT-ni "ağ yuyub, qara səriblər".
Düzdür, sonradan TRT rəhbərliyi də canlı yayıma qoşularaq, Aziz Yıldırımdan və "Fənərbağça" camiəsindən xətaya görə üzr istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31