Meşə yanğınları nifrətə layiq yalançı təbiətsevərlərin ucbatından baş verir

“Yenə meşələrimiz yanır. Yenə dırnaqarası təbiətsevərlərin əməllərinin eybəcər nəticələRi. Bu gecə də yerli meşə işçiləri, nazirliyin əməkdaşları, fövqəladə halların əməkdaşları səhərədək çöllərdə yanğını söndürüblər”.

"Yenə meşələrimiz yanır. Yenə dırnaqarası təbiətsevərlərin əməllərinin eybəcər nəticələRi. Bu gecə də yerli meşə işçiləri, nazirliyin əməkdaşları, fövqəladə halların əməkdaşları səhərədək çöllərdə yanğını söndürüblər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ölkə ərazisində qeydə alınan meşə yanğınları ilə bağlı münasibətini bildirərkən səsləndirib. İradə İbrahimova qeyd edib ki, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən, ətraf mühitə qayğı ilə yanaşmayanlar meşədə kef edib, ocaq qalayırlar: "Bu "mədəni istirahətin" nəticəsində belə acınacaqlı meşə yanğınları baş verir. Kimdir buna səbəb? Yenə bu özündən razı dırnaqarası təbiətsevərlərə gəllib çixir məsələnin bir ucu. Guya bunlar bizlərdən fərqlidirlər, avropasayağı dincəlirlər, istirahət mərkəzlərinə getməyib, vəhşi təbiətdə kamp qururlar. Yazıqlar olsun! Meşə yanğınları da bu nifrətə layiq yalançı təbiətsevərlərin ucbatından baş verir. Özlərini avropa tərzli yekəxana aparsalar da düşüncələri bəsit və primitivdir. Meşələri, təbiəti öz ucuz əyləncələrinə qurban verib, zibilləyən və yandıranlar bunlardır. Onlardı meşədə kabab çəkən, ocaqda çay, kofe dəmləyən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31