Gündəm

Konstitusiya dəyişiklikləri aktualdır

9 Sentyabr 2016 14:29

«Ötən illər ərzində hüquqi müstəvidə ciddi islahatlar həyata keçirilib. Və bu gün də ölkəmizin hüquq sistemində çox mühüm dəyişikliklər ərəfəsindəyik». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə,  bu fikirləri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib.

Zakir Həsənov Böyük Britaniyadan olan həmkarı ilə görüşüb

9 Sentyabr 2016 14:28

Londonda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri cənab Maykl Fallon ilə görüş keçirib.

Evdən qızıl aparanların qolları qandallandı

9 Sentyabr 2016 14:24

Sabunçu rayonunda evdən qızıl aparanların kimliyi bəlli olub. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 3-də Bakı şəhər sakini Azər Osmanova məxsus evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerliləri Vüqar Tapdıqzadə və Orxan Həmidov tutulublar. Araşdırma aparılır.

Oğrular 7 aydan sonra ələ keçdilər

9 Sentyabr 2016 14:23

Ağdamda fevralın 29-da baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində car i il fevralın 29-da rayon sakini Dilbər Əliyevaya məxsus evdən 1800 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov tutulublar. 

Bakıda əxlaqsız yuvası aşkar edilib

9 Sentyabr 2016 14:22

Paytaxtda əxlaqsız yuvası aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabirabad rayon sakini Ramiq Nəzərovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərdən birində əxlaqsız yuvası saxlaması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib

9 Sentyabr 2016 14:21

Sentyabrın 9-u gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib. “Azəravtoyol” ASC-dən “OLAYLAR”-a bildirilib ki,“Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb. Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.  Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Azərbaycan İndoneziya əlaqələri inkişaf edir

9 Sentyabr 2016 14:19

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Saptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbətdə spiker İndoneziyanın müstəqillik əldə etməsinin 71 illiyi münasibəti ilə nümayəndə heyətini və İndoneziya xalqını təbrik edərək onlara firavanlıq və əmin-amanlıq arzulayıb.

“Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib

9 Sentyabr 2016 14:17

Binəqədi rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib.

11 dini icma qeydiyyata alındı

9 Sentyabr 2016 14:14

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamələr təqdim edilib.

Azərbaycan İranda keçiriləcək Beynəlxalq teatr festivalında iştirak edəcək

9 Sentyabr 2016 14:12

Sentyabrın 17-dən 19-a kimi İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, həmin nüfuzlu sənət yarışmasında Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək. Kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Əsas rollarda teatrın aparıcı səhnə ustaları əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, artistlərdən Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər.

Prezidentin sərəncamı ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək

9 Sentyabr 2016 14:11

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirib.

Gənclər və idman naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

9 Sentyabr 2016 14:10

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,  qəbulda, Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək

Dağıstanda silahlılarla atışmada bir xüsusi təyinatlı yaralanıb

9 Sentyabr 2016 14:01

Dağıstanda silahlılarla baş verən atışmada bir xüsusi təyinatlı yaralanıb.

Sabah paytaxtda və bölgələrdə yağmurlu hava olacaq

9 Sentyabr 2016 13:53

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Nizami Cəfərov: “Bizdən nurçu olmaz” – MÜSAHİBƏ

9 Sentyabr 2016 13:46

– Mən də müəyyən yazılar oxuyuram, eşidirəm. Amma bu məsələyə hələ bir neçə il öncə cavab vermişəm. İndi yenə də cavab verirəm. Mən, Fazil Mustafa, Qənirə Paşayeva və digər adları hallanan şəxslər barəsində deyə bilərəm ki, bizdən nurçu olmaz. Yəni, biz nəinki nurçu ola bilmərik, heç bizdən nurçu yaratmaq da mümkün deyil. Çünki bizim kifayət qədər səviyyəmiz, inandığımız ideyalar var. Biz yazı-pozu, düşüncə adamlarıyıq. Biz hansısa qəbul edə bilməyəcəyimiz düşüncə tərzinin, dini meyllərin arxasınca gedə bilmərik. Heç buna ehtiyacımız da yoxdur. Biz yüzlərlə məqalələr, onlarla kitablar yazmışıq. Kim olduğumuzu da məhz burada, elmdə, ideoloji mövqeyimizdə axtarsınlar.