Azərbaycan İndoneziya əlaqələri inkişaf edir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Saptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbətdə spiker İndoneziyanın müstəqillik əldə etməsinin 71 illiyi münasibəti ilə nümayəndə heyətini və İndoneziya xalqını təbrik edərək onlara firavanlıq və əmin-amanlıq arzulayıb.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Saptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbətdə spiker İndoneziyanın müstəqillik əldə etməsinin 71 illiyi münasibəti ilə nümayəndə heyətini və İndoneziya xalqını təbrik edərək onlara firavanlıq və əmin-amanlıq arzulayıb. Bildirilib ki, bu gün parlamentlər səviyyəsində münasibətlərimiz yüksək səviyyədədir. İndoneziya parlamentinin hər iki palatasının sədrləri Azərbaycanda səfərdə olublar. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Siyasi, iqtisadi, humanitar sahələrdə də əlaqələrimiz inkişaf etməkdədir. Təkcə 2014-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard ABŞ dollarından çox olub. İki ölkə arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Xocalı soyqırımı ilə əlaqədar qəbul etdiyi qərara diqqət çəkərək, bu günədək 18 müstəqil dövlətin və ABŞ-ın 22 ştatının Ermənistanın Xocalıda törətdiyi əməlləri soyqırım kimi tanıması barədə sənədlər qəbul etdiyini söyləyib. Spiker İndoneziya parlamentində də bu məsələyə baxılmasını Azərbaycan ictimaiyyətinin arzusu kimi təqdim edib.
İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta bildirib ki, İndoneziya dost və qardaş Azərbaycanla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlərarası münasibətlərimizin daha da dərinləşməsi olduqca vacibdir. O, öz çıxışında xüsusi vurğuladı ki, təmsil etdiyi ölkə bütün məsələlərdə Azərbaycanın yanındadır və onun mövqeyini dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31