Gündəm
Nazarbayevin varis planı işə düşür-Dariqanın önü açılır
Özbəkistanda prezident İslam Kərimovun vəfatından və prezident səlahiyyətlərinin icrasının baş nazir Şövkət Mirziyayevə həvalə edilməsindən sonra Qazaxıstanda da gözlənilmədən baş nazir dəyişib.
Cahangir Hacıyevin məhkəməsi davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Fətullah Gülənin sponsorunun 10 milyard dollarına əl qoyuldu
Məşhur türk iş adamı Akın İpəyin (Koza – İpek Holding) 18 şirkətinin əmlakı müsadirə edilib.
Əmək Nazirliyində UNİCEF-lə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə tanışlıq görüşü olub.
Avtomobili kütlənin üstünə sürdü - 30 yaralı var
İtaliyanın Nule şəhərində kişi avtomobili kütlənin üzərinə sürüb.
Aİ hərbi çevrilişlərin əleyhinədir
Avropa İttifaqı (Aİ) təşkilata üzv və qonşu ölkələrdə hərbi çevrilişlərin əleyhinədir.
Madonna oğlunu "itirdi"
Dünyanın ən məşhur müğənnilərindən biri, pop kraliçası Madonna 16 yaşlı oğlu Roko Riçi üzərində qəyyumluq hüququndan məhrum edilib.
Avropadan yeni təhdid: "Türkiyə buraxılmayacaq"
Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların aparılması böyük vaxt itkisidir.
Özbəkistanda prezident seçkilərinin tarixi bilindi
Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
Qadın nazir istefa verdi - prezident olmaq istəyir
Estoniya XİN rəhbəri prezident seçkilərinə qatılmaq üçün istefaya gedir.
Qarabağla bağlı SON XƏBƏR – Ermənistan razılaşıb...
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sxem hazırlanır.
Avtomobili əvvəlcə ata, sonra ağaca çırpdı
Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 8-də saat 23 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndində kənd sakini Həbibullah Həmzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yola çıxmış atı vurub. İdarəetməni itirən sürücü avtomobili ağaca çırpıb. Nəticədə sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirib. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Noutbuk oğrusu ələ keçdi
Sentyabrın 8-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Sehran Quliyevin evindən noutbuk oğurlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zakir Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.
Həmyerlisini bıçaqlayan saxlandı
Qaradağ rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Bakı şəhər sakini Məhərrəm Babayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Ruslan Cəbrayılov tutulub. Araşdırma aparılır.
Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb
Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.














