Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  görüşdə iki ölkə arasında bütün sferalarda yaxın dostluq münasibətlərindən söhbət açılıb, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığı yüksək dəyərləndirib, turizm sahəsində yeni layihələrin həyata keçirilməsində qardaş ölkənin təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan incəsənətinin, maddi-mədəni irsinin qorunması və təbliği, eləcə də digər sahələrdə əməkdaşlığın ölkələrimiz arasındakı münasibətlərdə mühüm amil olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31