Avtomobili kütlənin üstünə sürdü - 30 yaralı var
İtaliyanın Nule şəhərində kişi avtomobili kütlənin üzərinə sürüb.
9 Sentyabr 2016 14:49 Dünyaİtaliyanın Nule şəhərində kişi avtomobili kütlənin üzərinə sürüb.
"Qafqazinfo" xəbər verir ki, insident nəticəsində biri 11 aylıq körpə olmaqla, 30 nəfər xəsarət alıb.
Hadisə gecə saatlarında yerli bayramlardan birinin qeyd edilməsi zamanı baş verib. 43 yaşlı kişi idarəetməni itirib. Sürücü avtomobildən düşməyə müvəffəq olanda isə naməlum şəxs ona bıçaq zərbələri endirib. Yaralı polisin müşayiəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda insident araşdırılır. Sürücünün sərxoş olması ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31