Madonna oğlunu "itirdi"

Dünyanın ən məşhur müğənnilərindən biri, pop kraliçası Madonna 16 yaşlı oğlu Roko Riçi üzərində qəyyumluq hüququndan məhrum edilib.

Dünyanın ən məşhur müğənnilərindən biri, pop kraliçası Madonna 16 yaşlı oğlu Roko Riçi üzərində qəyyumluq hüququndan məhrum edilib.

TMZ bildirir ki, məhkəmənin qərarına görə, Roko atası, ingilis kinorejissor Qay Riçi ilə yaşayacaq.

Madonna ilə sabiq əri arasında məhkəmə çəkişməsi ötən ilin dekabrında, Roko ABŞ-ın Nyu-York şəhərindən atasının yanına, Londona qaçandan sonra başlayıb. Roko demişdi ki, anası ona yetərincə diqqət yetirmir.

54 yaşlı Madonna oğlunu dilə tutsa da, Roko qayıtmayıb. Müğənni  həmin vaxtdan bəri depressiyadadır.

O, İnstagram profilində fotosunu paylaşaraq yazıb: "Analar bəzən ifritə olmalıdır. Lakin hər şeyə rəğmən, onlarla kraliça kimi davranmaq gərəkdir".

Madonna 54 yaşını qeyd etdiyi Kubadan ABŞ-a qayıdıb. Onu qızı Lurdes müşayiət edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31