Prezidentin sərəncamı ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, toplantıda Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunub. Sərəncamın əhəmiyyətini diqqətə çatdıran nazir bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir. Qeyd olunub ki, yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq. Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğuladı. Qeyd etdi ki, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb. Nazir deyib ki, dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31