Gündəm

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınır

28 Sentyabr 2016 16:09

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

28 Sentyabr 2016 16:07

 Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Nərdivandan yıxılıb öldü

28 Sentyabr 2016 16:06

İsmayıllı şəhərində bədbəxt hadisə baş verib.DİN-dən verilən məlumata görə, İsmayıllı şəhər sakini Mehdi Mehdiyev Tircan kəndindəki evlərdən birində təmir işləri apararkən nərdivandan yıxılaraq ölüb. Araşdırma aparılır.

Ev sahibi qonağı bıçaqladı

28 Sentyabr 2016 16:05

Daşkəsən rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, sentyabrın 27-də Daşkəsən rayonunun Əmirvar kəndində yaşayan Ərəstun Zeynalovun evində həmkəndlisi İsmixan Bayramov bıçaqla xəsarət yetirib. Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bayramov tutulub. İlkin məlumata görə, hadisə münaqişə zəminidə baş verib.

Gəncədə soyğunçular ələ keçib

28 Sentyabr 2016 16:04

Gəncədə soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 13-də Gəncə şəhər sakini Fəxri Qocayevin 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerliləri Kazbek Bulekbayev və İkram Bayramov tutulublar. Araşdırma aparılır. 

Qadının pul kisəsini oğurlayan yaxalanıb

28 Sentyabr 2016 16:03

Bakıda oğurluq faktının üstü aşılıb. DİN-dən verilən məlumata görə, sentyabrın 23-də Səbail rayonu ərazisindəki restoranlardan birində Bakı şəhər sakini Arzum Cəfərovaya məxsus içərisində 130 manat və 212 ABŞ dolları, habelə sənəd olan pul kisəsi oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Asifli saxlanıb. Araşdırma aparılır. 

Şəkidə yeni avtomobil yolu inşa edilir

28 Sentyabr 2016 16:02

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.

Futbol üzrə respublika birinciliyi keçirilir

28 Sentyabr 2016 16:01

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib.  “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəıbərə grə,  yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub.

Qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi sadələşdirilir

28 Sentyabr 2016 15:59

Qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir. Bununla bağlı məsələlər “Daşınmaz əmlakın dövlət reyster haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Deputat: “Maliyyə böhranının yaranmasının əsas səbəbkarı Mərkəzi Bankdır”

28 Sentyabr 2016 15:58

Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəbkarı Mərkəzi Bankdır. Bunu millət vəkili İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin iclasında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunan zamanı səsləndirib.

Deputat: “Yerlərdə büdcənin istifadəsində yeyinti və korrupsiya hallarına yol verilir”

28 Sentyabr 2016 15:56

Büdcənin istifadəsində əliəyriliyə yol verildiyindən, onun səmərəli istifadəsi üçün güclü maliyyə nəzarət mexanizminə ehtiyac var. Bu fikri millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.

Rövnəq Abdullayev Türkiyənin enerji və təbii ehtiyatlar naziri ilə görüşüb

28 Sentyabr 2016 15:53

Türkiyədə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və Petkimlə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdə olub

28 Sentyabr 2016 15:52

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavinləri Namiq Babayev və Bəhram Xəlilov Odessa şəhərində “Yeni dövlət qulluğu qanunvericiliyinin həyata keçirilməsində cari məsələlər” mövzusunda keçirilən konfransda iştirak ediblər. “OLAYLAR”-ın mərkəzə istinadən verdiyi xəbərə görə, konfransda açılış nitqi ilə çıxış edən DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət idarəçiliyi sahəsində Ukraynada aparılan islahatları yüksək qiymətləndirib və dövlət idarəçiliyinin maksimum şəkildə təkmilləşdirilməsi istiqamətində Azərbaycanda görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Tədbir plenar sessiyalar formatında davam edib. 

Azərbaycanlı teatrşünaslar Belqradda işgüzar səfərdədir

28 Sentyabr 2016 15:49

Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri, Məryəm Əlizadə və Assosiasiyanın üzvü, İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.

SOCAR prezidenti Gürcüstana səfər edib

28 Sentyabr 2016 15:48

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak edib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak ediblər. Bildirilib ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılıb.