Azərbaycanlı teatrşünaslar Belqradda işgüzar səfərdədir

Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri, Məryəm Əlizadə və Assosiasiyanın üzvü, İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.

Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri, Məryəm Əlizadə və Assosiasiyanın üzvü, İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər. Azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  oktyabrın 2-dək davam edəcək tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edir. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə "Yenilik və qlobal teatr: kommersiya və mədəni tələbat arasında" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31