Şəkidə yeni avtomobil yolu inşa edilir
Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.
28 Sentyabr 2016 16:02 SosialŞəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən işlər davam etdirilir.
Sözügedən avtomobil yolunun uzunluğu 17.2 km-dir.
Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən "OLAYLAR"-a bildirilib ki, artıq yolun 10.5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir. Layihə çərçivəsində yolun 11.1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4.5 m, gediş-gəliş hissəsinin eni 3.5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.
Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14.5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.