Rövnəq Abdullayev Türkiyənin enerji və təbii ehtiyatlar naziri ilə görüşüb
Türkiyədə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və Petkimlə bağlı məsələlər müzakirə olunub.
28 Sentyabr 2016 15:53 SosialTürkiyədə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və Petkimlə bağlı məsələlər müzakirə olunub. 2008-ci ildə Petkimin alınmasından sonra həyata keçirilməyə başlayan bu layihələrin sürətlə davam etdiyini qeyd edən Rövnəq Abdullayev STAR layihəsi üzrə tikinti işlərinin 73 faizinin yerinə yetirildiyini bildirmişdir. O, zavodun qrafikə uyğun tikilərək istismara təhvil verilməsi üçün görülən tədbirlərdən danışmış, eləcə də Azərbaycan təbii qazını Avropaya nəql edəcək TANAP boru kəmərinin tikintisi üzrə işlərin tam sürətlə, davamlı şəkildə irəlilədiyini söyləyib. SOCAR prezidenti Türkiyədəki iqtisadi proseslərin Azərbaycanda yaxından izləndiyini vurğulayıb, bu ölkəyə yatırılmış sərmayələrin Azərbaycanın Türkiyə iqtisadiyyatına etimadının bir sübutu olduğunu bildirib. Rövnəq Abdullayev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların uzunmüddətli layihələr olaraq qətiyyətli bir şəkildə davam etdiyini, bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcəyini deyib.