SOCAR prezidenti Gürcüstana səfər edib
SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak edib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak ediblər. Bildirilib ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılıb.
28 Sentyabr 2016 15:48 SosialSOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak edib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak ediblər. Bildirilib ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılıb. 5 saylı rezervuar parkı ümumi həcmi 60 000 kubmetr olan 6 rezervuardan ibarətdir. Obyektdə neft və neft məhsullarının ehtimal olunan yük dövriyyəsi il ərzində 1 500 000 metrik tondur. 6 saylı park isə ümumi həcmi 12 000 kubmetr olan 5 rezervuradan ibarətdir: Rövnəq Abdullayev daha sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, energetika naziri İliya Eloşvili və Acarıstan Muxtar Respublikası hökimətinin sədri Zurab Pataradze ilə birlikdə Gürcüstanda 1 000 000-cu təbii qaz istifadəçisinin şəbəkəyə qoşulması münasibətilə keçirilən mərasimdə iştirak edib. Bu istifadəçi Acarıstan bölgəsinin Xutsubani kəndinin sakini Mamuka Maxaradze olub.